“Bütün casuslar qanun qarşısında cavab verməli olacaqlar!” – Elşən Musayev

OXUNUB: 633 Özəl SİYASƏT


"Əgər hüquq-mühafizə orqanları hansısa ofisdə və ya mənzildə axtarış aparırlarsa, demək ki, bunun mütləq ciddi bir səbəbi var.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bu ölkədə kimsə siyasi mövqeyinə və jurnalist fəaliyyətinə görə təqib olunmur. Heç zaman da belə bir şey olmayıb. Sadəcə müəyyən qruplar, qüvvələr, fərdlər var ki, onlar öz cinayət əməllərini siyasət adı ilə pərdələməyə və beləcə gözdən yayınmağa çalışırlar.

Partiya sədri daha sonra bunları qeyd edib: "Xarici ölkə agentlərinin, missionerlərin, jurnalist qiyafəsi ilə xüsusi tapşırıq icra edənlərin ifşası qaçılmaz bir prosesdir. Eyni zamanda hesab edirəm ki, həmin prosesin davamı hələ gələcək və bu xüsusda, bu istiqamətdə fəaliyyət göstərən bütün casuslar qanun qarşısında cavab verməli olacaqlar.”

RƏYLƏR