7NEWS.az xəbər verir ki, dünyaca məşhur sosial media platforması TikTok-un Çin hökumətinə yaxın olması və bütün dünyada istifadəçi məlumatlarını saxlaması ilə bağlı narahatlıqlar səbəbilə tətbiqin Böyük Britaniya parlamentində və Şotlandiya hökumətində bütün elektron cihazlarda qadağan ediləcəyi bildirilib. Böyük Britaniya parlamentinin sözçüsü, İngilis millət vəkillərinin istifadə etdiyi tətbiqin işçilərə verilən cihazlarda da qadağan ediləcəyini ifadə edərək, qadağa qərarının hökumətin təhlükəsizlik yoxlamasından sonra nazirlərə tətbiqi iş telefonlarında istifadə etməyi qadağan etməsindən sonra gəldiyini bildirib.
7NEWS.az