7NEWS.az xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Uolles sentyabrın 29-da Qara dənizdə patrulluq edən Britaniya təyyarəsinin yaxınlığında bir rus təyyarəsinin raket atdığını və Rusiya tərəfinin bunun "texniki nasazlıq" olduğunu bildirdiyini açıqlayıb. Britaniyanın müdafiə naziri Ben Uolles sentyabrın 29-da Rusiya döyüş təyyarəsinin Qara dəniz üzərində beynəlxalq hava məkanında patrulluq edən Britaniya təyyarəsi yaxınlığında raket buraxdığını bildirib.
Böyük Britaniya parlamentində çıxış edən müdafiə naziri Ben Uolles Rusiyaya məxsus döyüş təyyarəsindən raketin Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) aid silahsız təyyarəsinin yaxınlığından atıldığını bildirib.