Böyük Britaniyada “WhatsApp”a qadağa qoyula bilər

OXUNUB: 273 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, "WhatsApp” mesajlaşma proqramının rəhbəri Will Cathcart deyib ki, bu proqrama qadağa qoyulması İngiltərənin "Onlayn Təhlükəsizlik Aktı”na əməl etməkdən daha yaxşı olardı və bu, başdan-başa şifrələməni pozacaq.

Texnologiya nəhəngi "Meta” ilə əlaqəli olan məşhur mesajlaşma tətbiqi "WhatsApp”ın meneceri Will Cathcart İngiltərənin Onlayn Təhlükəsizlik Qanununa görə çətin vəziyyətdə olduqlarını bildirib.

Onlayn Təhlükəsizlik Aktı ilk dəfə 2019-cu ildə keçmiş Baş nazir Tereza Mey tərəfindən təklif edilib və o vaxtdan bəri bir sıra dəyişikliklərə məruz qalıb. Britaniya hökuməti qanunun terrorçuları və uşaq istismarçılarını izləmək üçün zəruri olduğunu müdafiə edir.

"WhatsApp” əvvəllər Çin, Şimali Koreya, İran, Suriya, Qətər və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qadağan edilmiş və ya məhdudlaşdırılmışdı.

7NEWS.az

RƏYLƏR