Ukraynada yayımlanan ailə-məişət problemləri ilə bağlı veriliş dünya mediasının diqqətini çəkib.
Verilişə 11 yaşında hamilə qalıb, 12 yaşında ana olan Tanya adlı qız çıxarılıb.
Tanya efirə kimdən hamilə olduğunu dəqiqləşdirmək üçün çıxarılıb. Belə ki, canlı yayımda onun DNT testinin cavabları açıqlanacaq.
Qeyd edək ki, Tanya bir müddət əvvəl doğulan qızının qonşunun 18 yaşlı oğlundan olduğunu deyirdi. Oğlan polislər tərəfindən saxlanılıb və edilən test nəticəsində onun günahsız olduğu məlum olunub.
Qız verilişin ötəngünkü buraxılışında uşağın atasının ailə üzvlərindən birinin olduğunu etiraf edib. Tanyanın etirafından sonra onun ögey atası və iki qardaşı test ediləcək. DNT testinin cavabları verilişin növbəti buraxılışında elan olunacaq.
Verilişə qatılan psixoloqlar uşağın məsum olduğu düşünürlər. Xarici media isə verilişdə belə hadisənin canlandırılmasını yersiz hesab edir./milli
İcmal.Az


























