Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında qazanılan nailiyyətlərə və dəmiryolçuların sosial problemlərinin həllində göstərdiyi əvəzsiz xidmətlərə görə, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov MDB və Baltikyanı ölkələrin Ümumhəmkarlar İttifaqı Konfederasiyasının 25 illik gümüş xatirə nişanı ilə təltif olunub.
İCMAL.az xəbər verir ki, bu barədə Səhmdar Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilir ki, xatirə nişanı bu gün Cavid Qurbanova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev tərəfindən təqdim edilib.