“Ötən illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlara imza atıb” - TƏHLİL

OXUNUB: 242

"11 aprel 2018-ci il növbədənkənar Prezident seçkilərindən 5 il ötür. Növbədənkənar Prezident seçkilərində cənab İlham Əliyev səslərin 86,02%-ni toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.”


Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib: "Əlbəttə ki, bu Prezident seçkilərinin ötən seçkilərdən əsas fərqi o idi ki, bu dəfə seçilən namizəd Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini 7 il müddətinə həyata keçirəcək. Məs buna görə də, Azərbaycan xalqı yenə də ən güvəndiyi namizədinə səs verdi. Ötən 5 il hər birimizə göstərdi ki, Azərbaycan xalqı seçimində haqlıdır. Cənab Prezident İlham Əliyev aprel ayının 18-dəki andiçmə mərasimində gələcək 7 ildə həm beynəlxalq sahədə, həm bölgələrimizin möhkəmləndirilməsi, həm də siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı məsələlərin dövlətin siyasətinin prioritet istiqamətlərini təşkil edəcəyini demişdi. Bunlarla yanaşı, korrupsiya qarşı mübarizənin daha gücləndiriləcəyi, xalqın sosial vəziyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılacağını, dövlət quruculuğu və kadr siyasəti sahəsində köklü islahatların aparılacağını da qeyd etmişdi. Ötən 5 il onu deməyə əsas verir ki, cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi Azərbaycan xalqına verdiyi vədləri sonuna qədər yerinə yetirməyə qadir, güclü bir Liderdir.

Cənab Prezidentin ötən 10 illik fəaliyyətində təqdirəlayiq bir neçə məqamı da vurğulamalıyıq. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və "Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmışdır. Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailiyyətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.”

 

"Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız uğurlar bundan sonra daha da artacaq, ölkəmizin və xalqımızın firavan həyatını davamlı edəcəkdir”


Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib: "2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 5 il ötür. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-2018-ci illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etdi.

Qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə möhkəmlənib. Ötən illərdə insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etməsi ölkəmizdə bütün sahələrdə gedən inkişafın sübutu idi. 44 gün davam edən və "Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.

Ölkəmizin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratdı. Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailiyyətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.

Qalib dövlətimiz, beynəlxalq nüfuzumuz, təhsilli cəmiyyətimiz, böyük iqtisadi potensialımız və yüksələn rifah ölkəmizin sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir.

Qeyd etmək yerinə düşərdi ki, son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilmişdir. Bu dövrdə milli iqtisadiyyat 15% böyümüş, qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artmışdır. 2011-ci illə müqayisədə qeyri-neft/qaz ixracının 78,3% artmasına nail olunmuşdur. Son 10 ildə iqtisadiyyatımız iki qlobal maliyyə böhranından uğurla çıxmış, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olmuşdur. 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratmışdır. Bütün bunlara baxmayaraq, çevik və effektiv iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunmuşdur. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olmuşdur ki, bu da milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam dayanıqlığını əks etdirir.

Ölkəmizdə həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişmiş, qeyri-neft sektorunun payı xeyli yüksəlmişdir. Aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl sektorun payı əhəmiyyətli dərəcədə böyümüşdür. Həyata keçirilən uğurlu struktur-institusional islahatlar nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85% olmuş, pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8%-ə ensə də, artıq 2021-ci ildə 83%-i ötmüşdür. Özəl sektorda inkişafın əsas aparıcı qüvvəsi qeyri-neft/qaz özəl investisiyaları olmuşdur. 2021-ci ildə qeyri-neft/qaz özəl investisiyaların cəmi qeyri-neft/qaz investisiyalarda payı 44,6%-ə çatmışdır.

İqtisadiyyatda kiçik və orta biznesin dominantlığı da xeyli yüksəlmişdir. Xüsusilə dövlət investisiyaları hesabına yaradılmış müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmişdir.

Dövlət büdcəsi həm sosial rifahın dəstəklənməsində, həm də iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv olmuşdur. Qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişikliklər dövlət büdcəsinin gəlirlərinə təsir etsə də, 2011‒2021-ci illərdə dövlət büdcəsinin xərcləri nominal ifadədə 1,8 dəfə artmışdır.

Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir. Bu dövrdə məşğul əhalinin sayı 14,0%, muzdla işləyənlərin sayı 22,9% artmış, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6,0% təşkil etmişdir.

Ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilmiş, aztəminatlı ailələrin təminatı daha da gücləndirilmişdir.

Bütün bu faktlar onu göstərir ki, ötən illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlara imza atıb. Əminliklə deyə bilərik ki, bundan sonra bu uğurlar daha da artacaq, ölkəmizin və xalqımızın firavan həyatını davamlı edəcəkdir.”

 

"2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin 84 faizindən çoxunun səsini qazanan cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Respublikamızda böyük islahatlara start verildi, dayanıqlı, çevik iqtisadi layihələrin əsası qoyuldu".


Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyevadeyib: "Deputat qeyd edib ki, 2018-ci il prezident seçkilərində vətəndaşlarımız ölkəmizdə həyata keçirilmiş böyük naliyyətlərə və gələcək daha xoşbəxt həyata səs vermişdilər: "Prezident cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib. Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzu artmış, iqtisadi cəhətdən ölkəmiz güclü, qüdrətli dövlətə çevrilmiş, vətəndaşlarımızın həyat və yaşayış səviyyəsi yüksəlmiş, Azərbaycanın milli maraqları dövlət siyasətinin prioritetinə çevrilmişdir. 2018-ci il prezident seçkilərində vətəndaşlarımız ölkəmizdə həyata keçirilmiş böyük naliyyətlərə və gələcək daha xoşbəxt həyata səs vermişdilər. Dünyada baş verən siyasi münaqişələr, iqtisadi böhranlar fonunda Azərbaycan stabil və inkişaf edən ölkəyə çevrilmişdir. Seçkiləri müşahidə edən bütün yerli və xarici ölkələrin nümayəndələri, beynəlxalq təşkilatlar seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və çox şəffaf keçirilməsi barədə müsbət rəylər söyləmişlər. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2018-ci illərdə BMT, AŞ, NATO və bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın irəli sürdüyü təkliflər böyük rəğbətlə qarşılanmış və qəbul edilmişdir. Prezident cənab İlham Əliyevin "Ancaq güclü iqtisadiyyatı olan ölkələr müstəqil siyasət apara bilər" fikri hər zaman öz təsdiqini tapmışdır. 2003-2018-ci illərdə Azərbaycan iqtisadiyyatı dünyada rast gəlinməyən sürətlə inkişaf etmişdir. Ümumdaxili məhsul 3,2, büdcə gəlirləri isə 13,5 dəfə artmışdır. İqtisadiyyatın bütün sahələrində yüksək artım qeydə alınmışdır. 2 milyona yaxın yeni iş yerlərinin yaradılması əhalimizin həyat səviyyəsini dəfələrlə yüksəltmişdir. Ölkəmizdə idmanın inkişafına və gənclərimizin sağlam böyüməsinə böyük diqqət ayrılmışdır. Müasur tələblərə cavab verən 43 Olimpiya kompleksi tikilib istifadəyə verilmişdir".

O həmçinin qeyd edib ki, Azərbaycanda böyük infrastruktur layihələr həyata keçirilmişdir. Azərbaycan elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində ölkəmiz dünyada ən çox islahat aparan 10 ölkədən biri olmuşdur.
Azərbaycanda neft-qaz sektorunda böyük layihələrin icrası başa çatdırılmış və beynəlxalq əhəmiyyətli yeni layihələrin təməli qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilməklə ölkə iqtisadiyyatımıza böyük gəlirlər gətirdi. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı təbii qaz ixrac edən ölkəyə çevirdi. 2018-ci ildə Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP qaz boru xəttinin açılışı oldu.Həyata keçirilmiş bu uğurlu layihələrin nəticəsində bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır.
Prezident cənab İlham Əliyev ölkəmizdə milli həmrəyliyin möhkəmləndirilməsində və xalqın milli ideologiya ideyası ətrafında birləşməsində misilsiz xidmətlər göstərmişdir".

"2003-2018-ci illərdə Azərbaycan Ordusunun güclənməsi və ordumuzun müasir silahlarla təmin olunması istiqamətində böyük işlər görülmüşdür. 2016-ci ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun güclü bir ordu olmasını göstərdi. Aparılan iqtisadi islahatların və məqsədyönlü daxil və xarici siyasətin nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi cəhətdən güclü bir dövlətə çevrildi. Bu vəhdətin uğurlu məntiqi olaraq Azərbaycan Ordusu 44 günə 30 ilə yaxın işğalda olan torpaqlarımızı işğaldan azad etdi.
Son 10 ildə dünyada qlobal maliyyə böhranının yaşanmasına baxmayaraq ölkəmiz iqtisadi artıma nail olmuşdur. 2014-2015-ci illərdə dünyada neftin qiymətinin 3 dəfəyə qədər azalması və 2020-ci ilin əvvəllərindən başlamış pandemiya böhranından bir çox ölkələr əziyyət çəksə də Azərbaycanda iqtisadi stabillik qorunmuşdur. Qeyri-neft sektoru, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı artmışdır. Azərbaycanda səhiyyə, təhsil sistemində də böyük nailiyyətlər əldə olunmuşdur. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi və iqtisadi sahələrdə dünyanın güc mərkəzinə çevrilmişdir" ,- deyə deputat əlavə edib.

 

Cavid Məhərrəmov

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.8

 

RƏYLƏR