Cəlilabadda Kərəm Həsənovun dayısı hansı oyunlardan çıxır?

OXUNUB: 707 index-manşet Özəl GÜNDƏM
Son günlər Cəlilabad rayonunda baş verən hadisələr, məmur fironluğu dövlət qurumlarını narahat etməyə bilməzdi. Dövlət Təhlükəsizlik Xidmətinin uğurlu əməliyyatı bir daha subut etdi ki, adi hallanan rayonda ruşvətxorluq pik həddə dirənmişdi. Əlbətdə ki, belə uğurlu əməliyyatlardan sonra bəzi iri və xırda məmurlar qəflət yuxusundan ayılıraq rayon sakinləri ilə görüşlər keçirməyə başladılar. Bu da bir növ törətdikləri əməllərin üstünü ört-basdır etməyə və cənab prezident Ilham Əliyevin siyasi kursuna sadiq qaldıqlarını nümayiş etdirməyə çalışsalarda, necə deyərlər sözlə əməlləri heç də bir-birini tamamlamır. Xatırladaq ki, Cəlilabad rayonu 44 günlük Vətən muharibəsi dövründə qəhrəman oğulları ilə tarix yazdı. Bu danılmaz faktdır. Lakin belə bir rayonu idarə edən, sakinlərin hüquqlarını tapdalayan, onları dövlətə qarşı çıxardan məhz elə bizim tənqid atəşinə tutduğumuz hegamon məmurlardır. Bu günlərdə dosye.org-a Cəlilabad rayonu ilə bağlı növbəti maraqlı məlumat daxil olub. Sözün həqiqi mənasında Cəlilabad rayonu məmur zülmündən qurtula bilmir. Rayonda baş qaldıran xırda məmurlar və onların havadarları haqqında kifayət qədər faktlara söykənən məlumatlar dərc etmişdik. Görünən tərəf odur ki, yerli məmurlara "krişaliq” edən şxslər prezidentin ətrafına birləşib. Həbs olunun eks-icra başçı Namik Zeynalov faktoru bütün olaylara aydınlıq gətirdi. Ən azından "paketçi” Namik Zeynalovun təqdimatını Ilham Əliyevə elə məhz köməkcisi Kərəm Həsənovun verdiyi məlumdur. Hazırda Cəlilabad rayonunda daha bir kərəmçi dövlət vəsaitini talamaqla məşğuldur. Özünü Kərəm Həsənovun dayısı kimi tanıdan Rahib Kərimov Cəlilabad Dövlət Aqrar Inkişaf Mərkəzində dövlətin vəsaitini talamaqla məşğuldur. Bu şəxs haqqında əlavə məlumatlar əldə etməyə çalışırıq. Onu da nəzərinizə çatdıraq ki, Rahib Kərimov prezidentin köməkçisi Kərəm Həsənovun üzüm bağlarına və digər obiyektlərə nəzarət edir. Araşdırmalarımız davam edir…/dosye

RƏYLƏR