“Cənab Prezidentin Ankaradakı çıxışında bütün dünyaya gərəkli mesajlar verildi.” – Elşən Musayev

OXUNUB: 372 Özəl SİYASƏT

"Cənab Prezident İlham Əliyevin Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə mükəmməl çıxışı mövcud reallıqların tam dəqiqliklə ifadəsi və gərəkli mesajların bütün dünyaya çatdırılması baxımından olduqca böyük əhəmiyyətə malikdir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Türkiyə həqiqətən də bizim üçün çox doğmadır və Azərbaycanla Türkiyə arasındakı rəsmi müttəfiqlik 2021-ci ildə "Şuşa Bəyannaməsi” ilə özünün ən yüksək səviyyəsinə çatıb.  Eyni zamanda qarşılıqlı hörmətə, ehtirama və sevgiyə əsaslanan mövcud əlaqələr ondan xəbər verir ki, gələcəkdə də bu yaxınlaşma, bu birlik yalnız və yalnız yüksələn xətlə davam edəcək.

44 günlük Vətən Müharibəsində Türkiyə bizim yanımızda oldu. Yanğınlar, zəlzələ vaxtı biz Türkiyənin köməyinə çatdıq. Yəni, hansımız dəstəyə ehtiyac duyduqsa ağlımıza ilk gələn qardaşlarımız oldu. Ona görə də hər zaman söyləyirik ki, biz bir millətik. Biz bir canıq. Biz bir ürəyik. Və o ürək bərabər döyünür.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR