Cənubi Afrika BRİKS-in 15-ci Sammitinə ev sahibliyi edəcək

OXUNUB: 160 Özəl DÜNYA
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının üzv olduğu BRİKS ölkələri qrupu dünya əhalisinin 41 faizini, qlobal məhsulun isə 31 faizindən çoxunu təşkil edir. 

7NEWS.az xəbər verir ki, Cənubi Afrika Respublikası avqustun 22-24-də BRİKS-in 15-ci Sammitinə ev sahibliyi edəcək. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət BRİKS ölkələri qrupu dünya əhalisinin 40 faizindən çoxunu və qlobal məhsulun 30 faizindən çoxunu özündə cəmləşdirən güclü platforma kimi seçilir. Avqustun 22-24-də Yohannesburqdakı Sandton Konqres Mərkəzində keçiriləcək sammit, yeni üzv qəbulu və ortaq valyuta ilə bağlı atılacaq addımlar baxımından kritik əhəmiyyətə malikdir. 

Hazırda bir çox müsəlman ölkələri də daxil olmaqla BRİKS-ə 22 rəsmi müraciət var. BRİKS-in ümumi valyutasının tətbiq ediləcəyi təqdirdə, gələcəkdə ABŞ dollarını ötəcəyi gözlənilir. 

7NEWS.az

RƏYLƏR