Cənubi Afrikada daşqınlar nəticəsində 14 nəfər ölüb

OXUNUB: 183 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərə görə, leysan yağışların səbəb olduğu sel və daşqınlarda Gauteng əyalətində 7, Şərqi Keyp əyalətində 4, Mpumalanqa əyalətində 3 nəfər həyatını itirib. Ölkənin bir çox bölgələrində çoxlu sayda ev və iş yerləri su altında qalıb, külli miqdarda ziyan dəyib. Cənubi Afrika hökuməti güclü yağışların nəticələri ilə koordinasiyalı şəkildə mübarizə aparmaq üçün fevralın 13-də milli fəlakət vəziyyəti elan edib.

7NEWS.az

RƏYLƏR