7NEWS.az xəbər verir ki, Limpopo əyalətində 8-9 noyabr tarixlərində 14 yeni qızılca hadisəsinin aşkar edildiyi və bununla da ümumi yoluxma sayının 35-ə yüksəldiyi bildirilib. Açıqlamada qızılcaya daha çox 5-9 yaş arasında rast gəlindiyi, bu günə qədər bölgədə qızılcadan ölüm və ya ciddi fəsadların qeydə alınmadığı bildirilib. NICD oktyabr ayında Limpopo əyalətinin iki rayonunda regional qızılca epidemiyası elan etdi. Bundan əlavə, bu rayonlarda uşaqlar üçün qızılcaya qarşı peyvənd kampaniyasına başlanılıb.
7NEWS.az