Cənubi Kiprin Yunanıstan Hərbi Hava Qüvvələrinə 2,5 milyon avro bağışlayacağı açıqlanıb.
7NEWS.az xəbər verir ki, Yunanıstan Dövlət Agentliyi ERT-nin xəbərinə görə, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ilə Cənubi Kipr lideri Nikos Anastasiadis arasında Afinada keçirilən görüşdə Cənubi Kiprin Yunan ordusuna ianə qərarı verilib.
Yanvarın 30-da Yunanıstana məxsus F-4 tipli qırıcı təyyarənin İon dənizində qəzaya uğraması və təyyarədəki ikinci pilotun həyatını itirməsindən sonra 2,5 milyon avroluq ianənin Yunanıstan Hərbi Hava Qüvvələrinə simvolik dəstək olacağı bildirilib.
7NEWS.az