Cənubi Koreya prezidenti ABŞ-la birgə nüvə təlimi ilə bağlı danışıqlar apardığını açıqlayıb

OXUNUB: 375 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Cənubi Koreya prezidenti Yoon Şimali Koreyanın nüvə gücünə qarşı birgə planlaşdırma və təlimlər təşkil etmək üçün ABŞ ilə danışıqlar apardığını açıqlayıb. Müsahibə Şimali Koreya lideri Kim Çen İnin ölkəsinin nüvə arsenalını "eksponent olaraq artırmağa" çağırmasından bir gün sonra dərc edilib. 

Yoon ABŞ-ın Cənubi Koreyaya təqdim etdiyi "nüvə çətiri” və ya "genişləndirilmiş çəkindirmə” strategiyalarının ölkə xalqını təsəlli etmək üçün kifayət etmədiyini bildirib. 

Digər tərəfdən, Şimali Koreya lideri Kim Çen İn bu gün qızı ilə yenidən fotosessiyaya çəkilib. Kim Çen İn və qızı 4500 kilometr mənzilli "Hwasong-12” ballistik raketinin və nüvə başlıqları daşıya bilən KN-23 raketlərinin yerləşdiyi anbara baş çəkib. 


RƏYLƏR