Cənubi Koreya prezidenti və KXDR lideri arasında görüşün ilk mərhələsi başa çatdı - VİDEO (YENİLƏNDİ)

OXUNUB: 571 DÜNYA

Cənubi Koreya və KXDR prezidentləri Mun Çje İn və Kim Çen In arasında sərhəddə yerləşən Pxanmuncom kəndində aparılan danışıqların birinci mərhələsi başa çatıb.

İcmal.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Şimali Koreya lideri və rəhbərlik etdiyi nümayəndə heyəti öz maşınları ilə nahar fasiləsi üçün Pxanmuncom hərbi demarkasiya xəttini keçərək şimala qayıdıb.

Onun avtomobilini qaçan mühafizəçilər müşayiət edib.

KXDR və Cənubi Koreya liderləri Pxanmuncomda görüş zamanı bir-birinin əlini sıxıblar.

***

Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında görüş başlayıb.

Cənubi Koreya-KXDR sammiti demilitarizasiya zonasının cənubunda yerləşən Pxanmuncom sərhəd məntəqəsində keçirilir. Məlumata görə, Mun Çje İn və Kim Çen In bir-birlərinin əllərini sıxıb, salamlaşıblar. Liderlər birgə şəkil çəkdirdikdən sonra danışıqlara başlayıblar.

Cənubi Koreya və KXDR rəhbərləri Şimal-Cənub münasibətlərinin yaxşılaşdırılması, sülh və birləşmənin perspektivlərinə dair məsələləri müzakirə edəcəklər.

Sammitin yekunlarına dair birgə sənəd imzalanacaq.

Qeyd edək ki, KXDR aprelin 21-də nüvə silahı və ballistik raketlərin sınaqlarına son qoyduğunu, habelə Phungeridəki nüvə poliqonunu bağladığını bəyan edib. Cənubi Koreya-KXDR sammitindən sonra ABŞ və Şimali Koreya liderlərinin görüşmə imkanı nəzərdən keçirilir.

***

Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında görüş başlayıb.

İcmal.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, görüş demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom yaşayış məntəqəsində keçirilir. Məlumata görə, Mun Çje İn və Kim Çen In bir-birlərinin əllərini sıxıb, salamlaşıblar.

 

İcmal.Az

RƏYLƏR