Cənubi Koreya və ABŞ birgə hərbi təlimə başladı

OXUNUB: 162 Özəl DÜNYA
ABŞ və Cənubi Koreya ordusu birgə hərbi təlimə başladıqdan sonra Şimali Koreya lideri Kimin strateji qanadlı raketlərin sınaq atışını izləyən görüntüləri ictimaiyyətlə paylaşılıb. 

7NEWS.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreya ordularının birgə hərbi təlimi başlayandan sonra ölkəsinin strateji qanadlı raketlərinin sınaq atışını izləyib. Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Anadolu Agentliyinə istinadən xəbər verir ki, Kim, silah və döyüş hazırlıqlarını araşdırmaq üçün patrul gəmisinə yoxlama səfəri təşkil edib. Səfərin tarixinin dəqiqləşdirilmədiyi xəbərdə Kimin səfərdən sonra strateji qanadlı raket buraxılış təlimini izlədiyi, Şimali Koreya liderinin patrul gəmisindən atılan raketi izləyən fotosunun da paylaşıldığı bildirilib. 

7NEWS.az

RƏYLƏR