Cənubi Koreyanın prezidenti Mun Çje İn və KXDR-in rəhbəri Kim Çen In arasında görüş aprelin 27-si, yerli vaxtla saat 09:30-da başlayacaq.
İcmal.Az xarici mətbuata istinadən xəbər verir ki, hərbi-demarkasiya xəttində görüşən liderlər daha sonra Cənubi Koreya milli qvardiyaçıların müşayiəti ilə danışıqların keçiriləcəyi məkana yollanacaqlar.
Görüşün yekunları üzrə birgə sənədin imzalanacağı gözlənilir.
İcmal.Az