Cənubi Koreyada 17 il azadlıqdan məhrum edilən eks-prezidentə əfv qərarı verilib

OXUNUB: 255 Özəl DÜNYA
Cənubi Koreyada rüşvətxorluq və korrupsiyada ittiham olunaraq 17 il həbs cəzası alan keçmiş prezident Li Myung-bak məhbusun səhhətinin pisləşməsi ilə əlaqədar əfv edilib. 

7NEWS.az xəbər verir ki, 2008-2013-cü illərdə ölkəyə rəhbərlik etmiş Cənubi Koreya lideri 2018-ci ildə ona qarşı irəli sürülən rüşvət və korrupsiya ittihamları ilə mühakimə olunub. Məhkəmə prosesi tamamlandıqdan sonra 2020-ci ildə həbs olunan Li müalicə üçün də olsa, müəyyən fasilələrlə həbsxananı tərk edib. 

İyun ayında prokuror 81 yaşlı Linin səhhətinin pisləşməsini əsas gətirərək, Linin cəzasının təxirə salınması ilə bağlı müraciətinə müsbət cavab verib. 

Cənubi Koreya prezidenti Yoon Suk-yeol-un Li üçün "xüsusi amnistiya”sı keçmiş prezidentin 15 illik həbs cəzasını ləğv edib. 

7NEWS.az

RƏYLƏR