Cənubi Koreyada dəhşətli qəza sonrası yanğın baş verib: 5 ÖLÜ, 37 YARALI

OXUNUB: 288 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulun cənubunda yerləşən Qvaçeonda yerli vaxtla saat 13:49-da tuneldə yanğın baş verib. Rayona polis, təcili yardım, 4 yanğınsöndürən maşını, 219 yanğınsöndürən və helikopter göndərilib. Alov sürətlə yayıldığı üçün ərazidən qatı tüstü qalxıb. Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, 5 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 37 nəfər yaralanıb. Bildirilib ki, ilkin məlumata görə, yanğın avtobusla yük maşınının toqquşması nəticəsində başlayıb. Hadisə ilə bağlı başladılan araşdırmalar davam edərkən, alov 2 saat yarımdan sonra söndürülə bildi.


RƏYLƏR