7NEWS.az xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulun gecəqondu məskənlərindən biri kimi tanınan Quryonqda yerli vaxtla saat 06:27-də naməlum səbəbdən yanğın baş verib. Əraziyə 900-dən çox canlı qüvvə, o cümlədən 290 yanğınsöndürən və 10 yanğınsöndürən helikopter göndərilib. Yanğınsöndürmə briqadası zabiti Şin Yonq-ho jurnalistlərə bildirib ki, yanğın təxminən 2700 kvadratmetr ərazini əhatə edib. Qrupların 5 dəqiqəlik çalışmasından sonra alov tamamilə söndürülüb. Əksəriyyəti faner panellərdən tikilmiş təxminən 660 konstruksiyadan ən azı 60-nın yararsız hala düşdüyü, 500 nəfərin isə təhlükəsiz ərazilərə təxliyə edildiyi açıqlanıb. İlkin məlumata görə, itki yoxdur.
7NEWS.az