Cənubi Koreyada yağan güclü yağışlar 35 nəfərin həyatına son qoydu

OXUNUB: 139 Özəl DÜNYA
Cənubi Koreyada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı ötən həftədən bəri 35-ə yüksəlib. 

7NEWS.az xəbər verir ki, Cənubi Koreya Fəlakət və Təhlükəsizlik Tədbirləri Mərkəzi Müdirliyindən verilən açıqlamada Şimali Chungcheong bölgəsindəki Osong şəhərində 685 metr uzunluğundakı tunelin ötən gün güclü yağışlardan sonra yaxınlıqdakı çayın daşması nəticəsində su altında qaldığı bildirilib. 

Tuneldə avtobusda sıxışan 7 nəfərin cəsədinin çatması ilə ölkə daxilində son bir həftədə yağan leysan yağışların səbəb olduğu hadisələrdə həyatını itirənlərin sayı 35-ə çatıb. 

7NEWS.az

RƏYLƏR