Cənubi Qafqazda yeni təhlükəli MACƏRA BAŞLAYIR - ABŞ-dan təhlükəli ADDIM

OXUNUB: 771 DÜNYA

ABŞ Gürcüstana "Javelin” tank əleyhinə kompleksləri çatdırıb.

Bu haqda Gürcüstanın müdafiə naziri Levan İzoriya ABŞ-ın bu ölkədəki səfiri Yan Kelli ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Javelin” tank əleyhinə komplekslərin əldə edilməsinin birinci mərhələsi müvəffəqiyyətlə başa çatdırılıb. Komplekslər Gürcüstanda təhlükəsiz yerdə yerləşdirilib”, - o deyib.

Nazirin sözlərinə görə, gürcü hərbçiləri silahlardan istifadə qaydalarının öyrənilməsi üzrə xüsusi kurs keçəcəklər.

Daha əvvəl Moskva bəyan edib ki, Gürcüstana "Javelin” tank əleyhinə raket komplekslərinin çatdırılması regionda Tiflisi yeni təhlükəli macəralara itələyə bilər./publika

İcmal.Az

RƏYLƏR