Dəniz Baykal xəstəxanaya yerləşdirildi - YENİLƏNDİ

OXUNUB: 706 DÜNYA

CHP millət vəkili Barış Yarkadaş sosial mediadan verdiyi bəyanatda Baykalın bir damarında laxtalanma olduğunu bildirib.

O, Baykalın tıxanmış damarının açılması üçün müalicə aldığını bildirib.

***

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykal xəstəxanaya yerləşdirilib.

Onun Fransadan qayıdan zaman gecəyarısı temperaturu yüksəlib və sətəlcəmin ilk simptomları aşkar edilib.

D.Baykal hazırda Ankara Universiteti İbn Sina Xəstəxanasında reanimasiya şöbəsində müalicə alır.

Qeyd edək ki, millət vəkili Fransanın Paris şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının iclaslarında Türkiyəni təmsil edirdi./publika

 

İcmal.Az

RƏYLƏR