Cinsi bilinməyən uşağı oğlana çevirən cərrah danışdı - VİDEO

OXUNUB: 814 SOSİAL

Xəstəxanaya gətirəndə cinsi bəlli deyil, bu uşağın gələcəyi yoxdu dedilər, ancaq həkimlərin səyi nəticəsində uşaq xəstəxananı sağlam oğlan uşağı olaraq tərk elədi.

Anadan yenicə doğulan uşağı əməliyyat edən Mərkəzi Klinik Xəstəxananın həkimi Fuad Hüseynov maraqlı tibbi hadisənin təfərrüatlarını danışdı. Onun sözlərinə görə, uşaq xəstəxanaya daxil olarkən onun gələcəyi ilə bağlı ailənin heç bir ümidi olmayıb.

Həkimlər problem olsa belə, onun həll edilə biləcək səviyyədə olduğunu bildiriblər və gərgin analizlərdən sonra uşağın üzərində cərrahi əməliyyatın aparılmasına qərar verilib.

Fuad Hüseynov bildirir ki, əməliyyat uğurla icra edilib və balaca uşağın gələcək həyatında heç bir problem olmayacaq. O, yaşıdlarından heç nədə geri qalmayacaq. Belə xəstələrin yeni doğularkən əməliyyatla sağalmaq imkanlarının daha böyük olduğuna diqqət çəkən Fuad Hüseynov bu məsələdə valideynləri gecikməməyə, dərhal həkimə müraciət etməyə çağırır.

 

Həkimin sözlərinə görə, belə uşaqların doğulmasına əsas səbəb qohum evliliyi, ekoloji təsirlər və dölün 7-8-ci aylarda inkişafında yaranan problemlərdir. Odur ki, səbəb nə olursa olsun, valideynlər uşaqlar doğulan kimi dərhal cərrahi müdaxilə üçün həkimə müraciət etsinlər ki, problem böyümədən onun həllinə nail olmaq mümkün olsun. /xezerxeber.az

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Cinsi bilinməyən uşağı oğlana çevirən cərrah danışdı

RƏYLƏR