7NEWS.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ukraynanın F-16 qırıcıları tədarük etməyəcəyini bildirib. Bayden Rusiya-Ukrayna müharibəsinin ildönümündə Avropaya səfər edib-etməyəcəyi ilə bağlı suala da "Əmin deyiləm” cavabını verib. Digər tərəfdən Bayden Polşaya səfər edəcəyini və səfərin nə vaxt olacağını hələ bilmədiklərini bildirib. Bayden çərşənbə günü Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşündə büdcə limiti məsələsini müzakirə edəcəklərini bildirib. ABŞ prezidenti Baydenin Rusiya-Ukrayna müharibəsinin ildönümü olan fevralın 24-də Ukraynaya səfər edəcəyi ilə bağlı iddialar gündəmə gəlib. Ağ Evin sözçüsü Karine Jean-Pierre, Baydenin müharibənin ildönümü üçün hələ bir səyahət planının olmadığı məlumatını paylaşdı.
7NEWS.az