Con Makkeyn: "ABŞ Əfqanıstanda savaşı uduzur"

OXUNUB: 759 DÜNYA
ABŞ Senatının silahlı qüvvələr komitəsinin sədri Con Makkeyn yeni bəyanatla çıxış edib.


Makkeynin fikrinə görə ABŞ 2001-ci ildən hərbi əməliyyatlar keçirdiyi Əfqanıstanda savaşı uduzur.

Makkeyn bildirib ki, rəsmi Vaşinqton strategiyası olmadığı üçün müharibəni uduzur. Senator eyni zamanda qeyd edib ki, problem müxtəlif fikir ayrılıqları olan Ağ Evdən qaynaqlanır.

Ötən həftə bir qrup konqresmen və Makkeyn Əfqanıstana səfər etmişdi. Makkeyn bildirmişdi ki, Vaşinqton və onun müttəfiqlərinin 16 ildir ortaya qoyduğu səyləri nəticəsiz qalıb. Bununla yanaşı rəsmi Kabula müxalif olan silahlı taliblərlə mübarizənin davam edəcəyi bildirilir./olke.az
 
İcmal.Az

RƏYLƏR