9 evdən oğurluq etməkdə şübhəli bilinən Corat qəsəbə sakinləri Tasim Dadaşov və Rüfət Abasəliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslər mart ayından iyunun 1-dək olan müddətdə şəhər ərazisində 9 evdən təmir-tikinti alətləri, elektrik naqilləri, inşaat materialları, qızıl-zinət, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinir.
Araşdırmalarla onların cinayət yolu ilə əldə etdikləri əşyaları 3 metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib və maddi sübutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır
İcmal.Az