Cristiano Ronaldo “İnstaqram”da 500 milyon izləyiciyə çatan ilk şəxs oldu

OXUNUB: 2987 Özəl İDMAN
İngiltərə Premyer Liqa komandalarından biri olan "Manchester United"də çıxış edən ulduz futbolçu Cristiano Ronaldo sosial paylaşma saytı "İnstaqram”da 500 milyon izləyiciyə çatan ilk şəxs olub.

7NEWS.az xəbər verir ki, 2022 FIFA Dünya Kubokunda H qrupunda Portuqaliya ilə ilk oyununu noyabrın 24-ü cümə axşamı Qana ilə keçirəcək 37 yaşlı futbolçu Cristiano Ronaldo sosial mediada yeni rekorda imza atıb Portuqaliyalı ulduz "İnstaqram”da 500 milyon izləyiciyə çatan ilk şəxs olub.

Paris Saint-Germain (PSJ) klubunda çıxış edən argentinalı ulduz Lionel Messi 376 milyon azarkeşlə Ronaldonu izləməyə davam edib. Ronaldo və Messidən sonra dünyaca məşhur simalar arasında 348 milyon izləyicisi olan model Kylie Jenner 372, müğənni Selena Gomez 357, peşəkar amerikalı güləşçi və aktrisa Dueyn Conson yer alıb.

7NEWS.az

RƏYLƏR