“Cücə işi”nə görə azərbaycanlı mer saxlanıldı - VİDEO

OXUNUB: 971 DÜNYA

Gürcüstanın Marneuli şəhərinin meri, azərbaycanlı Timur Abazov saxlanılıb. 

İcmal.Az xəbər verir ki, bununla bağlı Gürcüstan mediası məlumat yayıb. 

Abazov bir neçə gün əvvəl cücələrlə bağlı insident səbəbindən prokurorluğa çağırılıb. 

Belə ki, Marneuli şəhərində quş fabrikindən zibilliyə atılmış yüzlərlə yumurtadan cücə çıxıb. İnsidentin videosu "Facebook”da yayımlanıb. 

Bundan əvvəl Abazov bunu qeyri-adi hadisə adlandırıb və qeyd edib ki, cücələr zibillikdən şəhərin mərkəzinə kimi gəliblər. Bəzi yerli sakinlər cücələri özlərinə götürüb. 

"Mənə məlumdur ki, quş fabriki yumurtaların lax olduğunu hesab ediblər və atıblar. Ancaq yumurtalardan çoxlu cücə çıxıb. Bir çox yerli sakin cücələri özlərinə götürüb”, - o deyib.

İcmal.Az

RƏYLƏR