Daha bir gənc qadın dəm qazından zəhərlənib

OXUNUB: 573 HADİSƏ

Paytaxtda son 3 gün ərzində dəm qazından daha bir nəfər zəhərlənib.

Hadisə dekabrın 1-i saat 23:30 radələrində baş verib. 

Səbail rayonu, 20-ci yaşayış sahəsində yaşayan 1990-də anadan olmuş Aydan Məmmədova mənzildə dəm qazından zəhərlənib və Toksikologiya Mərkəzinə aparılıb.

Vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, bundan bir gün öncə isə 1995-ci il təvəllüdlü Fidan Sultanova dəm qazından zəhərlənərək vəfat edib./qafqazinfo

İcmal.Az

RƏYLƏR