Tanınmış vloqer 16 yaşında ölüb.
16 yaşlı vloqer Hanna Stoun Nyu-Yorkda, 17 yaşının tamam olmasına 2 həftə qalmış dünyasını dəyişib.
O, YouNow sosial şəbəkəsinin ən məşhur istifadəçilərindən olub. 375 minlik izləyicisi olan Hanna YouNow-da etdiyi canlı ifalarla yadda qalıb.
Hannanın özünün bəstələdiyi "5quad" mahnısı 72 min dəfə izlənilib. Onun ölümü barədə məlumatı Super Fame saytı verib. Bildirilib ki, intihara cəhd edən qız xəstəxanada ölüb.
Hanna Stounun fotolarını təqdim edirik:/milli


İcmal.Az

























