Daha bir özəl xəstəxanada ÖLÜM

OXUNUB: 656 HADİSƏ

Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb.

Hadisə şəhərdə olan özəl xəstəxanaların birində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Nəsibova Nigar Fəxrəddin qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib. Bir neçə gün müalicə alsa da, N. Nəsibovanı xilas etmək mümkün olmayıb.

Yeni doğulan körpə sağ qalıb. Məlumata görə, bu, N. Nəsibovanın dünyaya gətirdiyi ikinci övladdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. /apa

İcmal.Az

RƏYLƏR