Dağıstanda naziri oğurlayanlar həbs edildi

OXUNUB: 828 DÜNYA

Dağıstanda nazirin oğurlanmasında şübhəli bilinən 2 nəfər saxlanılıb.

 İnşaat və Mənzil Kommunal Xidməti naziri İbrahim Qazıbəyovun oğurlanmasında şübhəli bilinən iki Mahaçqala sakini tutulub.

İstintaqın məlumatına görə, iyulun 20-də naməlum şəxslər məmuru silahla hədələyərək oğurlayıblar. Ertəsi günü cinayətkarlar məmurun azad olunması müqabilində ödənilən məbləğin bir hissəsini - 30 milyon rublu alarkən saxlanılıblar.

Nazirin azad edilməsi əməliyyatında DİN, Federal Təhlükəsizlik Xidməti (FTX) və "Rosqvardiya"nın əməkdaşları iştirak edib.

Adam oğurluğu, soyğunçuluq və qanunsuz silah alveri maddələri ilə cinayət işi açılıb./apa

 

İcmal.Az

RƏYLƏR