Damlanın gözünü yolda qoyduğu Rəhiməyə Vasifdən sürpriz

OXUNUB: 622 ŞOU-BİZNES
Müğənni Vasif Əzimovun illərdir sümük xəstəliyindən əziyyət çəkən Rəhimə ilə görüşdü.

14 yaşlı Rəhimə Mehdiyeva illərdir sümük xəstəliyindən əziyyət çəkir. Valideynləri körpəlikdən onun müalicəsi üçün çalışıb, hər şeylərini, maşın, ev, torpaq sahəsini satıb, müxtəlif ölkələrə öz övladlarını aparıblar ki, Rəhiməyə çarə tapsınlar. Amma heç bir xeyir tapmayıblar, vaxt keçdikcə Rəhimənin sümükləri deformasiya olmağa davam edib, indi də proses dayanıb desək, səhv edərik.

Hazırda onun tək sevimli məşğuliyyəti sosial şəbəkələrdə zaman keçirmək və musiqiyə qulaq asmaqdır. Sevdiyi müğənnilər də Damla ilə Vasif Əzimovdur.

İcmal.Az musavat.com-a istinadən bildirir ki, müğənni Damlanı dəfələrlərlə Rəhimə ilə görüşə dəvət etsək də, mətbuat katibi və köməkçisi müsbət cavab vermədi. Gah dedilər, vaxtı yoxdur, gah da dedilər, ölkədə deyil. Hər zaman xalqdan biri olduğunu deyən , xalqın qızı olduğu üçün sevildiyini dilə gətirən, milyonların sevgisini qazanmış Damlanın hər həftə efirə çıxıb, haqqındakı qalmaqallara vaxt ayırmağa isə bol zamanı var.

Görəsən, xalqın qızının 14 yaşlı bir yeniyetməni sevindirməyə yarım saatı yoxdur? Bəlkə də, ətrafındakılar ona heç bu görüş haqqında deməyib. Amma bu qarşımızda olan reallığı dəyişmir.

Keçək əsas məsələyə. Damladan fərqli olaraq Vasif Əzimov Rəhimənin istəyini reallaşdırdı. Bir neçə saatını ayırıb, onların evini ziyarət etdi. Görüşün təşkilatçısı Mahir Orucov deyir ki, ifaçı tərəddüd etmədən Rəhimənin görüşünə gəlib: "Rəhiməni iki ildir ki, tanıyıram. Hər bayram onu ziyarət edirəm. Bir dəfə söhbət əsnasında dedi ki, Damla ilə Vasif Əzimovu görmək istəyir. Damlaya jurnalistlər vasitəsilə xəbər göndərsək də, müsbət cavab ala bilmədik. Amma Vasif Əzimovu dostlar vasitəsilə tapdıq. Tərəddüd etmədən, razılaşdı. Gəlib, Rəhimə ilə həmsöhbət oldu, onunla mahnı oxudu. Rəhimə çox sevindi. Allah Vasifdən razı olsun. Bir xəstə uşağın qəılbini sevindirdi".
 

İcmal.Az

RƏYLƏR