7NEWS.az xəbər verir ki, Qərb ölkələri Ukraynaya silah dəstəyini davam etdirərkən, Danimarka Ukraynaya 19 SEZAR tipli Haubitsa göndərəcəyini açıqladı. Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jensen açıqlamasında ukraynalılarla, xüsusilə də SEZAR tipli haubitsalarla bağlı daimi təmasda olduqlarını ifadə edərək, Danimarka parlamentində hərbçilərin göndərilməsinə verilən geniş dəstəyə görə çox xoşbəxt olduğunu bildirib. Ellemann-Jensen həmçinin: "Biz Ukraynaya kömək etmək və Danimarkanın müdafiəsini gücləndirməyə davam etmək arasında balans tapmalıyıq ki, Danimarkanın təhlükəsizliyini qoruya bilək və NATO öhdəliklərimizi yerinə yetirək”-deyib.
7NEWS.az