Danimarkada balina qətliamı — DƏHŞƏTLİ FOTOLAR

OXUNUB: 924 DÜNYA
Danimarka sahillərinə köç edən balinalar balıqçılar tərəfindən ovlanır.

Faroe adalarında yenə də balina qətliamı həyata keçirilib.

"Sea Shepherd Conservation Society" tərəfindən paylaşılan fotolarda onlarla delfin qanlar içində sahildə çabalayır. Balinalar hər il Danimarka sahillərindən köç edirlər. Balıqçılar sahil xətti boyunca balinaları üzməyə məcbur edib yorurlar, sonra isə qayıqlarla yaxınlaşıb ovlayırlar. Dənizə tullanan balıqçılar balinaları yaralayıb sahilə sürütləyirlər.
Faroe adalarında hər il keçirilən bu qətliam əslində Grindadrap adlı festivaldır. 1500-cü illərdən qeyd edilən festivalda onlarla balıqçı balinaları qətlə yetirərək ulu babalarını xatırlayırlar.olke.az
 
İcmal.Az

RƏYLƏR