Mardinin Kızıltepe vilayətində albinizm xəstəliyindən əziyyət çəkən 6 və 8 yaşlı uşaqların ailəsi acınacaqlı vəziyyətdə yaşayır.
Atatürk məhləsində yaşayan M. (8) və N. Boz (6) adlı bacıların piqment əskikliyi səbəbilə dəriləri, tükləri və gözləri ağ rənglidir. Onlar dərilərinə görə günəşə çıxa bilmir, digər uşaqlar kimi həyətdə oynaya bilmirlər. Eşitmə əngəlli olan uşaqların anası 27 yaşlı Y. və fəhlə işləyən ataları 32 yaşlı S.Boz yaşayış şəraitlərinin çox çətin olduğunu söyləyib.
"Qohum evliliyi"
Uşaqlarını çox sevdiyini deyən Boz, Allahın hər kəsə bunu nəsib etmədiyini bildirib:
"Yoldaşımla 9 ildir evliyik. İki uşağımız doğulduqdan sonra həkim 3-cü uşağın olmasına icazə vermədi. Olsa, 3-cü uşağın da albinizm xəstəsi olacağını dedi. Həkimlər ananın həyati təhlükəsinin olacağını söylədi. Həyat yoldaşımla qohumuq. Həkimlər test etdi və bunun genetik olduğunu söylədi.
Uşaqlarının daha gözəl bir həyat yaşaması üçün bir ev istədiyini deyən Boz "Kirayədə qalırıq. Bu uşaqlar səs çıxardır, ailələr narahat olur. Biz də uşaqlarımızla birgə yaşamaq üçün bağçası olan bir ev istəyirik. Kirayədən canımız qurtarsa, rahatlaşarıq".
"İstanbula getməliyik”
Tikintidə işlədiyini, ancaq işə gedə bilmədiyini deyən ata bunları deyib:
"Uşaqların hormonları yüksək olduğuna görə 5 yaşında yeniyetmə oldu. Hər ay Diyarbakıra gedib iynə vurub qayıdırıq. Bu iynələr uşağın 12-13 yaşına kimi vurulmalıdır. Günəşə çıxa bilmirlər. Üzlərində ləkə əmələ gəlir. Yemək yeyə bilmirlər. Ancaq sıyıq yeyirlər. Buna görə də gündə heç olmasa meyvə alıb şirəsi ilə onları bəsləyirik. İstanbula müalicəyə getməliyik, amma imkanımız yoxdur".
Uşaqları saxlayarkən çox çətinlik çəkdiyini söyləyən ana Y.Boz isə "Südlərini hazırlayıram. Altlarını təmizləyirəm. Günəş kremlərini çəkirəm. Xüsusilə gecələr çox çətin olur. Çünki gecə oyananda səhərə kimi yatmırlar. Qəribə səslər çıxarırlar. Dişlərini bir-birinə sürtürlər"./big

İcmal.Az