Hindistanda keçirilən Gotmar Mela festivalında 462 nəfər xəsarət alıb.
Bu ənənə yüz illərdir ki davam edir. Pandxurna və Savarqaon kəndlərinin sakinləri, hər il onları ayıran Caan çayının sahillərinə çıxaraq bir-birlərini daşa tuturlar.
Bu il tədbir kütləvi iğtişaşlara keçib. İştirakçılar polis və təcili yardım maşınları dağıdıblar. Polis gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb.
İcmal.Az

























