Daş yüklənmiş “KamAZ” aşdı – FOTO

OXUNUB: 614 HADİSƏ

Bakı-Sumqayıt yolunda "KamAZ" markalı yük avtomobili aşıb.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, hadisə zamanı avtomobilə yüklənmiş daşlar yola dağılıb. Bu vaxt yük maşınının yanından keçən "Mercedes” markalı minik avtomobili zərər görüb.

Yol-nəqliyyat hadisəsinin yağmurlu hava şəraiti səbəbindən sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal edilir.

Hazırda yük avtomobili və dağılmış daşlar yoldan kənarlaşdırılır.

 

RƏYLƏR