Daşkəsəndə mədən ərazisində yanğın

OXUNUB: 700 SOSİAL

Daşkəsəndə yanğın hadisəsi qeydə alınıb.

İcmal.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Daşkəsən rayonu, Quşçu kəndi yaxınlığında filiz mədəninin ərazisində 10 ha sahədə kol-kos və quru ot yanıb.

Yaxınlıqdakı mədən və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

İcmal.Az

RƏYLƏR