

Hətta "Estetik Deyişim” adı ilə sosial platformada özünü estetik prosedurlar icra etdiyi görüntüləri yayımlanıb .
Qeyd edək ki, Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyatlar prosederlar keçirilməsi ilə bağlı Cəmalə Rüstəmova və Afərim Süleymanov barəsində məlumat verilmişdir.
Hətta Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin həkim olmadan fəaliyyət göstərməsi təsdiqlənsədə Afarim Süleymanova Davinçi Estetik Klinikasında fəaliyyətini davam etdirir. Həmin görüntüləri təqdim edirik:
Məlumat üçün bidlirir ki, Davinçi Estetik Klinikasında qanunusz estetik prosedurlar icra edən özünü doktor elan edərək "Dr. Elvar” Elvar Quluzadədə ilə bağlı araşdırmamız davam edir və aidiyyatı qurumlara sorğular göndərilib.
Qeyd edək ki, Davinçi Estetik Klinikası Yasamal rayonunda fəaliyyət göstərərək idarəçiliyi Natavan Babayeva həyata keçirir.
Lakin rəhbər olaraq Rafiq Əliyev olduğu qeyd olunur.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrində mütəmadi planlı yoxlamalar aparır. Bununla yanaşı, vətəndaş müraciətləri, mediada yayımlanan və ya insanların həyat və sağlamlığı üçün risk yarada bilən faktlar əsasında qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar keçirilir. Aşkar edilən qanunsuz tibbi praktika halları barədə inzibati tədbirlər görülür.
İnanırıq ki, aidiyyatı qurumlar bu qanun pozuntuları ilə bağlı lazımi tədbirlər görəcək.
Hazıda adları keçənlərin və aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.
Araşdırmamız davam edir.
























