Daxili işlər naziri qəzaya uğradı: Altı yaralı

OXUNUB: 530 DÜNYA

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun avtomobil karvanı qəzaya uğrayıb.

İcmal.Az Türkiyə KİV-ə istinadən məlumat verir ki, hadisə Tekirdağ vilayətində qeydə alınıb. 

Qəza nəticəsində altı nəfər xəsarət alıb.

Hadisəyə səbəb kimi yaxından keçən yük maşınının sürücüsünün idarəetməni itirməsi göstərilir.

Yük maşını bir neçə avtomobilə dəyib.

Nazirin xəsarət almadığı bildirilir.

İcmal.Az

RƏYLƏR