Daxili orqanında narkotik keçirmək istədi - gömrükdə yaxalandı

OXUNUB: 587 HADİSƏ

Gömrükdə vətəndaşın daxili orqanında narkotik vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən İcmal.Az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Daha sonra zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə, onun düz bağırsağında narkotik vasitələr - bir ədəd bükümdə xalis çəkisi 9,134 qram olan heroin, digər bükümdə isə xalis çəkisi 4,434 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR