Bursanın Mustafakemalpaşa rayonunda dərədə 2 uşaq cəsədi tapılıb.
İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ətrafdakılar iki hərəkətsiz uşaq görüblər və dərhal polisə bu haqda məlumat veriblər.
Hadisə yerinə gələn polis əməkdaşları və təcili yardım iki uşağın da öldüyünü təsdiq edib.
Tibbi ekspertizanın nəticələrinə görə uşaqlardan birinin 12, digərinin 14 yaşı olub.
İcmal.Az

























