DƏHŞƏT: Uşağın barmağı arabanın metal borusunda sıxılıb qaldı

OXUNUB: 626 HADİSƏ
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər azyaşlının barmağı uşaq arabasının metal borusunda sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri uşağa lazımi köməklik göstərib və onu aidiyyəti üzrə təhvil veriblər.
 
 
İcmal.Az

RƏYLƏR