Dəhşətli fırtına BAŞ VERDİ: 8 nəfər ÖLDÜ

OXUNUB: 667 DÜNYA
Rumıniyada baş verən fırtına nəticəsində 8 nəfər ölüb, 62 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

İcmal.Az-ın apa-ya istinadən verdiyi xəbərə görə, təbii fəlakət ölkənin qərb bölgəsində ciddi fəsadlar törədib.

Məlumata görə, güclü külək ağacları evlərin, maşınların üstünə aşırıb. Xəsarət alanlar arasında 2 uşağın olduğu bildirilir. Xəstəxanaya yerləşdirilən uşaqların vəziyyəti ağır kimi qiymətləndirilir.
 
 
İcmal.Az

RƏYLƏR