ABŞ-da törədilmiş qətli ölkə mediası "dəhşətli cinayət, ölkəni şoka salan cinayət" kimi təqdim edirlər.
Olay Merilend ştatındakı Klinton şəhərində baş verib.
Hər biri 10 yaşında olan 3 qız evdə xüsusi amansızlıqla, qəddarlıqla qətlə yetirilib.
İlkin məlumatlara görə, qızları boğandan sonra şaqqalayıblar.
Klinton şəhər polisinin mətbuat katibi Cennifer Donelan qətllə bağlı təfərrüatları açıqlamaqdan imtina edib: "Bu uşaqların başlarına gətirilənlər və cinayəti törədənlərlə bağlı istintaq aktiv şəkildə aparılır. Bu əməli kimin və ya kimlərin törətdiyini hələlik dəqiq bilmirik. Sadəcə, bunu deyə bilərəm. Yalnız onu söyləyim ki, zabitlərimiz evə daxil olanda gördükləri mənzərədən şoka düşüblər"./milli



İcmal.Az
Videonu izləmək üçün şəklə klikləyin:



























