“Dələduzdan siyasətçi olmaz!” – PARTİYA SƏDRİ

OXUNUB: 566 Özəl SİYASƏT
 

"Düşünürəm ki, Anar Əsədlinin məhkəməsi açıq keçirilməli, hər kəs bu adamın törətdiyi cinayətlərin təfsilatı, miqyası haqda məlumatlı olmalıdır.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Niyə belə düşünürəm? Çünki bu tip adamların əsl simasının, gerçək üzünün ortalığa çıxmasına böyük ehtiyac var və səbəb də sadədir: Cəmiyyət, insanlar Anar Əsədli kimilərini tanımalıdır. Tanımalıdır ki, sabah oxşar populistlərin, cinayətkarların toruna düşməsinlər.

Anar Əsədli təbii ki, siyasətçi kimi artıq bitib. Çünki dələduzdan siyasətçi olmaz. Amma o bir nümunədir. Saxtakarlığın, yalanın, riyakarlığın nümunəsi! Və belə acı nümunələrdən bütün potensial dələduzlar nəticə çıxarmalıdır.

Bəlkə də məişət dələduzunu hansısa tədbirlə: həbslə və ya digər vasitələrlə islah etmək mümkündür. Amma siyasətdəki dələduzları, əsla! Onlar heç bir zaman düzəlmirlər, onlar islah olmurlar. Çünki xislətləri xarabdır. Çünki həmin dələduzlar vicdanlarını da, dostlarını da, bütün dəyərləri də, hətta milli maraqları da rahat bir şəkildə satmağı bacarırlar. Çünki zaman keçdikcə dələduzluq belələrinin ruhuna, xarakterinə hopur, həyat tərzinə çevirilir.”-  deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR