"Dəm çayniki düşüb" - Nəvəsi yanan əməkdar artist DANIŞDI

OXUNUB: 548 SOSİAL
İndi vəziyyəti yaxşıdır. Sağ qolu barmaqlara qədər yanıb. 3-cü dərəcəli yanıq xəsarətləri alıb. Ayaqlarında da yanıqlar var. Arada ağrıları olub. Uzunmüddətli müalicə gedəcək.

İcmal.Az xəbər verir ki, bu sözləri ARB TV-nin verilişinə açıqlaması zamanı telefon bağlantısı ilə qoşulan əməkdar artist Mehriban Xanlarova deyib.
Daha sonra o, sənət dostlarının baş çəkməsindən danışıb:

"Sənət dostlarımın çoxu gəlib baş çəkir. Hadisədir heç kim sığortalanmayıb. Kim istəyər ki öz balası yansın? Uşaq anamın arxasında olub. Dəm çayniki əlindən sürüşüb düşüb uşağın üstünə. Mən də özümü itirmişəm".
 
İcmal.Az

RƏYLƏR