Dəməşqdə bomba yüklü motosikletin partlaması nəticəsində 6 nəfər ölüb

OXUNUB: 267 Özəl DÜNYA
Suriyanın paytaxtı Dəməşqdə motosikletə yerləşdirilən bombanın partlaması nəticəsində 6 nəfərin öldüyü, 23 nəfərin yaralandığı bildirilib. 

7NEWS.az xəbər verir ki, axşam saatlarında Dəməşqin Seyyid Zeynəb bölgəsində motosikletə yerləşdirilən bomba partlayıb. Partlayış nəticəsində 6 nəfərin öldüyü, 23 nəfərin yaralandığı bildirilib. Xəbərdə hadisə yerinə polis və xilasetmə qrupları və təcili yardım maşınlarının göndərildiyi bildirilib. 

Hələlik heç kim partlayışa görə məsuliyyəti üzərinə götürməyib. 

7NEWS.az

RƏYLƏR